Əliyev DÇ ilə vidalaşdı, Hacıyevlə Məhəmmədov 1/4 finalda

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən sərbəst güləşçi Hacı Əliyev təsəlliverici görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Əliyevin rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. 3 qat dünya və 3 qat Avropa çempionu Əliyev, rəqibinə 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.

Azərbaycanı dünya çempionatında təmsil edən digər güləşçilərdən Hacımurad Hacıyev və Cəmaləddin Məhəmmədov isə 1/4 finala yüksəlib. Hacımurad 1/8 finalda Bekzod Abdurahmonovu, Cəmaləddin isə Matuxini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button