Azərbaycanda peşəkar boks üzrə yarış keçiriləcək

Oktyabrın 29-da Şağan olimpiya kompleksində peşəkar boks üzrə yarış keçiriləcək. 

Bu barədə Komanda.az-a Peşəkar Boks Federasiyasının sözçüsü Ramin Məmmədzadə məlumat verib. O, yarışların İBO versiyası üzrə keçiriləcəyini açıqalyıb:

“Azərbaycanda boks inkişaf etməkdədir. Boks Federasiyası bunun üçün çalışır. Yarışlar İBO versiyası üzrə keçiriləcək. Bundan sonra hər ay ən azı iki yarış təşkil etməyi planlaşdırmışıq. Azərbaycanda reytinqi yüksələn idmançılarımız artıb. Son iki il ərzində federasiya müəyyən işlər görüb”.

Yarışlara saat 18.00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button