“Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir” – Dardai

“Fehervar”ın futbolçusu Pal Dardai “Qəbələ” ilə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları barədə danışıb.

Komanda.az “Nemzetisport”-a istinadən xəbər verir ki, Macarıstan klubunun futbolçusu, ilk oyunda “Qəbələ” hesabda önə çıxarkən qorxmadıqlarını bildirib:

“Rəqib hesabda önə keçəndə qorxmadıq. Qalib gələcəyimizə əmin idim. Oyunun əvvəlində tələsik, bəlkə, bir az əsəbi idik. Bundan sonra öz bildiyimiz oyunu nümayiş etdirməyə başladıq. Matçın əvvəlində böyük şans əldən verdim. Mövsümə qolla başlamaq yaxşı olardı”.

Dardai komandasının iki qolunda məhsuldar ötürmə ilə yadda qalıb:

“Ötürmələri daha çox sevirəm, çünki onlarsız nadir hallarda qol vurulur. Birinci ötürməni künc zərbəsindən verdim, amma ikincisi kifayət qədər gözəl alındı”.

Macarıstanlı futbolçu cavab matçında da yaxşı nəticə əldə etmək istədiklərini deyib:

“Mövsümə yaxşı başlamışıq. Növbəti matçda da qaldığımız yerdən davam etməliyik. Futbolda hər şey ola bilər. “Liverpul” bir-iki il əvvəl İspaniyada “Barselona”ya 0:3 hesabı ilə uduzdu, daha sonra 4:0 hesabı ilə qalib gəldi. PSJ isə Fransada “Barselona”nı 4 cavabsız qolla üstələmişdi, hamı düşünürdü ki, katalonlar kənarda qaldılar. Lakin PSJ 6 qolla məğlub oldu. Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir. Rəqib meydanında da qalib gəlməyə çalışacağıq”.

İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. “Qəbələ” Macarıstandakı ilk matçda 1:4 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button