Azərbaycanda federasiyanın adı və loqosu dəyişdirildi

Növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation) fəaliyyət göstərir.

Komanda.az xəbər verir ki, hər iki qurumun tamhüquqlu üzvü olmaqla Azərbaycanda adları qeyd edilən idman növlərini inkişaf etdirən Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq. Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya qaydasının tələbləri əsas götürülüb.

Bundan başqa, federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button