Azərbaycana uduzan millinin baş məşqçisi istefa verdi

İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.

Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bunu AÇ-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.

2016-cı ildən skandinaviyalıları çalışdıran Andersson final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.

Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla üçüncü yeri tutub. 7 xala malik yığmamız 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıda baş tutan matçda isə Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button