Azərbaycan yığmasından Latviya ilə heç-heçə

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button