Azərbaycan – Slovakiya: Hakimlər bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deyan Yamikovski olacaq. Ona yan xətt hakimləri Nikola Karakolev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını isə İqor Stoyçevski yerinə yetirəcək.

Sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv ilk matçda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button