Nazarovun komandası İspaniyada almanlara rəqib oldu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” klubu İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirəcək.

Komanda.az “tag24.de” saytına istinadən xəbər verir ki, Aue təmsilçisi yanvarın 10-da “Maqdeburq”, 14-də isə “Unterhaxinq” klubu ilə qarşılaşacaq. “Madeburq” və “Unterhaxinq” Almaniyanın 3-cü, “Ersgebirge” isə 2-ci Bundesliqasında mübarizə aparır.

“Ersgebirge” Almaniyaya qayıtdıqdan sonra – yanvarın 21-də daha bir yoxlama oyunu keçirməyi planlaşdırır, ancaq rəqib hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button