Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, milli komanda turnirin seçmə mərhələsində Belçika, Norveç və Lüksemburqla birlikdə mübarizə aparacaq.

Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Seçmə mərhələnin oyunları 1 iyul-6 noyabrda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button