Azərbaycan millisinin rəqibinin heyətində yeni futbolçu

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasında heyətə yeni futbolçu çağırılıb.

Komanda.az xəbər verir ki, millinin baş məşqçisi Marko Rossi “Dunayska” klubunda forma geyinən Mate Vidanı yığmaya dəvət edib. Bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Macarıstan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, oktyabrın 13-də Budapeştə Azərbaycan yığmasını qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button