Azərbaycan millisindən BƏƏ üzərində inamlı qələbə

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşan millimiz 7:3 hesabı ilə qələbə qazanıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurub.

Millimiz turnirdə növbəti oyununu sabah saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan yığması bundan əvvəlki oyunlarında İrana 1:3, Belarusa 1:5 hesabıyla uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button