Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini Lüksemburq üzərində qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Azersun Arena”da Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Avtoqolun qeydə alındığı oyunda komandamızın digər qollarını 41-ci dəqiqədə penaltidən Nəriman Axundzadə və 90+1-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

Xatırladaq ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button