Azərbaycan millisi Litva yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-16-cı yerlər uğrunda oyunda Litva yığması ilə qarşılaşıb.

Azərbaycan yığması bu oyunda 3:2 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov vurublar.

Millimiz sabah saat 11:00-da 13-14-cü yerlər uğrunda oyunda İsveçrə yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button