Azərbaycan millisi İran yığmasına məğlub oldu

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, qarşılaşma İran komandasının 3:2 hesablı qələbə ilə başa çatıb.

Millimizin heyətində Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Komandamız avqustun 24 və 25-də İran yığmasına qarşı daha iki yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button