Azərbaycan millisi bu dəfə…

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesablı heç-heçəylə başa çatıb. Azərbaycan millisinin heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.

Şimali Makedoniyanın U-16 komandası ilə dünən keçirilən yoxlama oyununda isə Azərbaycan millisi 1:3 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button