Azərbaycan millisi bolqarlara ikinci oyunda da uduzdu

Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi bu rəqibə ilk oyunda da 0:4 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button