Şahruddin olmasaydı…

Azərbaycan milli komandası DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşıb. Koronavirus pandemiyası səbəbindən İtaliyada keçirilən matç portuqaliyalıların 1:0 hesablı qələbəsiylə başa çatıb.

“Who scored” portalına görə, sözügedən qarşılaşmanın ən yaxşı futbolçusu Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev seçilib. 26 yaşlı oyunçu Portuqaliya yığmasının 29 zərbəsindən 15-ni dəf etməyi bacarıb. 8 zərbə qeyri-dəqiq alınıb, 6-sı isə futbolçular tərəfindən bloklanıb. Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qarşılaşmada ümumi topa sahibolmanın nisbəti 66,5 faiz ilə Portuqaliya yığmasının xeyrinədir. Azərbaycan millisində isə bu rəqəm 33,5-dir. Komandaların ümumi reytinqində də nominal meydan sahibləri üstündür. Belə ki, portuqalların reytinqi 7,01, azərbaycanlılarınkı isə 6,50-dir.

Portuqaliya yığmasının heyətində matçın ən yaxşısı ikinci hissədə meydanda daxil olan Bruno Fernandesdir. Yarımmüdafiəçinin çıxışı 8 xalla qiymətləndirilib. Yığmanın kapitanı Kriştiano Ronaldo isə Şahruddinin qoruduğu “çərçivə”yə ən çox zərbə endirən futbolçu olub – 8 dəfə. Portuqalların heyətində ən az xal qazanan isə qapıçı Entoni Lopes olub. Onun oyunu 6,5 xalla dəyərləndirilib.

Azərbaycan millisinin heyətində Şahruddindən sonra matçın ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçinin çıxışı 7,3 balla qiymətləndirilib. Yığmanın heyətində 90 dəqiqə oynayanlar arasında ən zəif çıxış edən isə 6,1 balla Abbas Hüseynov olub. Qarşılaşmanın 81-ci dəqiqəsində meydana çıxan Ramil Şeydayev və Aleksey İsayev də hərəyə 6 xal qazanıb. Görüşdə yeganə qolu öz qapısına vuran Maksim Medvedevin çıxışı 6,7 xalla dəyərləndirilib.

Azərbaycan millisi matç ərzində 4 dəfə rəqib qapısına tərəf zərbə endirib ki, bunlardan 2-si “çərçivə”yə düşməyib, 2-si də rəqib müdafiəçilər tərəfindən bloklanıb. Qarşılaşmada Portuqaliya yığması 10 künc zərbəsi qazanıbsa, bu rəqəm Azərbaycanda 0 olub.

Portuqaliya – Azərbaycan 1:0

Qol – 1:0
Zərbə – 29:4
Çərçivəyə zərbələr – 15:0
Çərçivəyə düşməyən zərbələr – 8:2
Bloklanan zərbələr – 6:2
Künc zərbələri – 10:0
Oyundankənar vəziyyət – 1:2
Topa sahibolma faizi – 68:32
Ötürmələr – 753:371
Dəqiq ötürmələr – 665:275
Ötürmələrin dəqiqlik faizi – 88:74
Sarı vərəqələr – 1:1
Qayda pozuntuları – 9:11

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button