Azərbaycan idmançıları dünya kubokuna yollandılar

Azərbaycanı xizək alpinizmi üzrə təmsil edən idmançılar yanvarın 21-də Andorrada start götürəcək dünya kubokunda iştirak edəcəklər.

Komanda.az xəbər verir ki, 2 gün davam edəcək yarışa hazırlıq məqsədilə idmançılar yanvarın 18-də qurumun və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə sözügedən ölkədə təşkil olunan təlim-məşq toplanışına yola düşüblər.

Onlar dünya kubokunda şaquli yürüş növü üzrə çıxış edərək birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, xizək alpinizmi üzrə yarışlara qatılan idmançılar Azərbaycandakı hazırlıq prosesini federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssislərin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin və Sport System şirkətinin dəstəyi ilə keçiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button