Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək finala çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Komanda.az xəbər verir ki, təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.

Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kerem Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova məğlub olub.

Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Hamza Bakıra yenilib.

Qitə birinciliyi aprelin 13-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button