Azərbaycan güləşçisi dünya ikincisi oldu

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.

Komanda.az xəbər verir ki, Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabı ilə uduzan Əliyeva dünya ikincisi olub.

Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button