Azərbaycan güləşçilərindən İspaniyada uğurlu start

İspaniyada çimərlik güləşi üzrə dünya seriyasının 2-ci mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Pontevedra şəhərinin Sanxenxo qəsəbəsində keçirilən yarışın birinci günündə qrup mərhələsində ilk 2 turun görüşləri keçirilib.

Ramiz Həsənov (70 kq) ispan Karlos Alvares İqlesiasla fransalı Klement Qonzalesə 3:0 hesabıyla qalib gəlib.

Omid Kamaliaqdam (80 kq) da turnirə inamlı start verib. O, əvvəlcə ispan Pablo Qarsiyanı, daha sonra isə fransalı Yvan Brandon Kamdemi 3:0 hesablı qələbələrlə məğlub edib.

İbrahim Yusubov (90 kq) ispan Davit Antonio Hernandesə (3:0) qalib gəlsə də, gürcü Davit Xutsişviliyə uduzub. Daha doğrusu, bu görüşdə hesab açılmayıb. Çimərlik güləşinin qaydalarına əsasən, qarşılaşmada hesab açılmayanda çəkisi daha az olan güləşçi qalib elan olunur. Məhz bu amilə görə qələbə Gürcüstan güləşçisinə verilib.

Sabah qruplarda son görüşlər keçirildikdən sonra yarımfinal və final qarşılaşmaları baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button