Azərbaycan gimnastları Niderlandda 3 medal qazanıblar

Niderlandın Alkmaar şəhərində batut gimnastikası üzrə “Dutch Trampoline Open 2022” yarışı keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, 16 ölkədən batutçuların iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Nicat Mirzəyev təmsil ediblər. Batutçularımız uğurla çıxış edərək ölkəmizə 1 qızıl və 2 gümüş medal qazandırıblar.

Gimnast Nicat Mirzəyev 51,985 xalla bütün rəqiblərini üstələyərək çempion olub. Selcan (52.530 xal) və Maqsud (45.940 xal) Mahsudovlar müvafiq olaraq gümüş medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button