Azərbaycan çempionatına yekun vuruldu

Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Komanda.az xəbər verir ki, yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Qadınlar -48, -57 və +70 kq-da, kişilər isə -73, -90 və +90 kq çəki dərəcələrində güclərini sınayıblar.

Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” İdman Klubu 4:0 hesabı ilə “Təhsil” RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”-yə qalib gəlib.

Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

  1. Neftçi İdman Klubu 1
  2. Atilla İdman Klubu İdman Birliyi 1
  3. “Kanokan TT” İdman Klubu
  4. Neftçi İdman Klubu 2
  5. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
  6. Atilla İdman Klubu İdman Birliyi 2
  7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi
  8. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button