“Azərbaycan bizim üçün önəmlidir” – Şenol Günəş

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-dəki şanslarını dəyərləndirib.

Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis qrup mərhələsi çərçivəsində keçirəcəkləri iki oyunun Bakıda təşkil olunmasına da xüsusi toxunub.

O, Azərbaycanla münasibətlərdən də danışıb: “Azərbaycan bizim üçün önəmlidir. Oranı öz meydanımız kimi görürük. Bakıda olarkən o isti münasibəti gördüm. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dönəmlərdə daha da üst səviyyəyə çıxıb. Nə qədər azarkeş olacağını bilmirəm. Amma böyük bir üstünlüyümüz olacağını düşünürəm. Bizi dəstəkləyəcək o tərəfdarlara meydanda gözəl oyun sərgiləməklə, yaxşı nəticələr qazanmaqla cavab verməyi düşünürük”.

Qeyd edək ki, ötən il koronavirusa görə təxirə salınmış AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button