Azərbaycan birinciliyi keçiriləcək

Sentyabrın 15-də 20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Komanda.az xəbər verir ki, iki gün davam edəcək turnir Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

Ölkə birinciliyində bütün regionlardan klub və cəmiyyətləri təmsil edən 100-dək ağırlıqqaldıran iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli idmançıların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı atletlərin yığma komandalara seçilməsi, 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyinə idmançıların müəyyən olunmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button