Azərbaycan atleti DÇ-də yarımfinala yüksələ bilmədi

Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

Bu barədə Komanda.az-a Azərbaycan Atletika Federasiyasından bildirilib.

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Nağıyev yarımfinala yüksələ bilməyib.

İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button