Azər Bağırov: “İstər kubok, istər çempionat oyununa iddialı çıxırıq”

“Araz-Naxçıvan” Azərbaycan kubokunun 1/8 finalında “İrəvan”ı 8:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Komanda.az xəbər verir ki, komandanın baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Oyun istədiyimiz məcrada başlamadı. Futbolçularda yüngül konsentrasiya itkinliyi var idi. Amma bu sonradan düzəldi. Uşaqlar meydanda lazımi qaydada mübarizə apardılar, dediyimiz zonaları bağladılar. Futbolçularımızı təbrik edirəm. “İrəvan”a uğurlar arzulayıram.

Premyer Liqa və Birinci Liqa arasında fərq var. Bu gün nə qədər desək də, onların hazırlığı ilə bizimki arasında fərq yetəri qədərdir. Fərq nə qədər olsa da, futbolçular meydançada lazımi funksiyaları yerinə yetirəndə, ustalıq arxa planda qalır.

İstər kubok, istər çempionat oyununa iddialı çıxırıq. Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button