Azərbaycanlı hakim Avropa çempionatının oyunlarında

Futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.