Azərbaycanlı futbolçuların komandası kubokda penaltilərlə uduzdu

Futbol üzrə Rusiya kubokunun qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matça çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Nijni Novqorod”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda hesabı açan tərəf olsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyi üçün, reqlamentə əsasən, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nijni Novqorod” qələbə qazanan tərəf olub – 3:1.

Sadıqov bu matça start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib. Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.

“Ximki” qrup mərhələsində geridə qalan 5 turdan sonra cəmi 2 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button