Azərbaycanlı futbolçu Madriddə çempion oldu

İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” sosial layihəsində futbol oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah”ın qapıçısı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turnirin qalibi olub.

Ayxanın komandası finalda “Tasmanian Devil”i üstələyərək, yarışı çempion kimi başa vurub.

Xatırladaq ki, Azərbaycanı sosial layihədə təmsil edən digər futbolçularımızdan Babamirzə Mehdiyevin çıxış etdiyi komanda mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button