Azərbaycanlı futbolçunun komandasında türkiyəli baş məşqçi

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi “Şkupi” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Makedoniya təmsilçisinin “sükan”ı Ümit Karana tapşırılıb. Bu barədə “Şkupi”nin mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Şkupi” cari mövsümdə Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda “Neftçi”yə 1:2 hesabı ilə uduzub. Həmin dövrdə komandanı Muarrem Bayram çalışdırırdı. Bayram, sentyabrın 28-də istefaya göndərilib.

Ümit Karan 2018/2019 mövsümündə də “Şkupi”nin baş məşqçisi olub.