
Azərbaycanlı boksçu dünya çempionatında mərhələ adlayıb
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.
Komanda.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı döyüşmədən 1/4 finala yüksəlib.
Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə, İsmayılova qalib elan edilib.
Mundialda bu gün Azərbaycanın daha iki boksçusu rinqə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



