![](https://komanda.az/wp-content/uploads/2024/06/8bc43ebd-fe86-3279-8df6-8854d02c50bf_850-780x470.jpg)
Azərbaycanlı avarçəkənlər Türkiyədə “Bahar Kuboku”nda iştirak edəcək
Azərbaycanın akademik avarçəkmə üzrə gənclərdən ibarət millisi Türkiyənin paytaxtı Ankarada keçiriləcək “Bahar Kuboku” reqatasında iştirak edəcək.
Komanda.az xəbər verir ki, komandamız yarışlara 1 məşqçi olmaqla ümumilikdə 5 nəfərlik heyətlə qatılacaq.
Yarışda baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə Nurlan Paşayev, Azər İlyasov, Tunar Məmmədzadə və Fariz Babayev mübarizə aparacaqlar
“Bahar Kuboku” reqatası iyunun 11-dən 13-dək davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin