Azərbaycanın qadın hakimi FİFA referisinin köməkçisi oldu

Bu gün 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək qadın FİFA referiləri test veriblər.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki siyahı saxlanılmaqla, fiziki testdən və ingilis dili bacarığından uğurla keçən Sevda Nuriyevanın adı hakim köməkçisi kimi FİFA-ya göndəriləcək.

Qeyd edək ki, daha əvvəl 2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyevin əvəzlədiyi açıqlanmışdı.