
Azərbaycanın güllə atıcıları Avropa çempionatında gümüş medal qazanıblar
Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.
Bu barədə Komanda.az-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək, gümüş medalı aktivlərinə yazdırıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



