“Neftçi”yə sevinməyə imkan vermədi, turun ən yaxşısı oldu

Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 4-cü turunun ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın qapıçısı Asmir Beqoviçdir. Bosniyalı qolkiper “Neftçi”yə qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 4 qurtarışla yadda qalıb.