“Neftçi” – “Zirə” matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 23-cü turun növbəti iki oyunu üçün bütün təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, sabah keçiriləcək “Neftçi” – “Zirə” matçını Rauf Cabarov idarə edəcək.

Azərbaycan Premyer Liqası, 23-cü tur

17 aprel

Keşlə – Sabah
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 18:00

Neftçi – Zirə
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu, 20:15