Azərbaycan millisinin super final üçün heyəti açıqlandı SİYAHI

Sentyabrın 3-dən 9-dək Portuqaliyanın Fiqueyra şəhərində Avropa super final (European Beach Soccer League) mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bolqarıstan milli komandasının iştirakdan imtina etməsi səbəbindən turnirin final mərhələsində Estoniya yığması mübarizə aparacaq. Turnir çərçivəsində ilk oyununu Estoniyaya qarşı keçirəcək Azərbaycan millisinin heyətinə 12 futbolçu dəvət olunub:

1 Vaqif Şirinbəyov
2 Elçin Qasımov
3 Comərd Baxşəliyev
4 Kamil Hüseynov
5 Amid Nəzərov
6 Orxan Məmmədov
7 Elgiz Kərəmli
8 Ramil Əliyev
9 Elşad Manafov
10 Renat Sultanov
11 Sabir Allahquliyev
12 Əbdül Əliyev

Çimərlik futbolu, Avropa super finalı

5 sentyabr, saat 15:45
Estoniya – Azərbaycan

6 sentyabr, saat 15:45
Azərbaycan – Rumıniya

7 sentyabr, saat 15:45
Azərbaycan – Çexiya

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button