AVRO-2023: Azərbaycan millisinin rəqibləri bilindi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Milan Obradoviçin başçılıq etdiyi komanda Finlandiya, Estoniya, Noveç, Avstriya, Xorvatiya milliləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Seçmə mərhələnin görüşləri 2021-ci ilin martında start götürəcək və 2022-ci ilin iyununda başa çatacaq. Oyunlar Rumıniya və Gürcüstanda təşkil olunacaq.

A qrupu: Azərbaycan, Xorvatiya, Avstriya, Norveç, Finlandiya, Estoniya

B qrupu: Almaniya, Polşa, İsrail, Macarıstan, Latviya, San Marino

C qrupu: İspaniya, Rusiya, Slovakiya, Şimali irlandiya, Litva, Malta

D qrupu: Portuqaliya, Yunanıstan, İslandiya, Belarus, Kipr, Lixtenşteyn

E qrupu: Niderland, İsveçrə, Bolqarıstan, Uels, Moldova, Cəbəllütariq

F qrupu: İtaliya, İsveç, İrlandiya, Bosniya və Herseqovina, Monteneqro, Lüksemburq

G qrupu: İngiltərə, Çexiya, Sloveniya, Albaniya, Kosovo, Andorra

H qrupu: Fransa, Serbiya, Ukrayna, Şimali Makedoniya, Farer adaları, Ermənistan

I qrupu: Danimarka, Belçika, Türkiyə, Şotlandiya, Qazaxıstan