Azərbaycan millisinin qrupunda ilk oyun keçirildi

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yer aldığı 3-cü qrupda ilk oyun keçirilib.

Komanda.az xəbər verir ki, Moldova yığması Yunanıstan millisi ilə qarşılaşıb.

Oyun moldovalı futzalçıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, sabah Bakıda Slovakiya yığmasını qəbul edəcək millimiz fevralın 2-də Afinada Yunanıstan komandası ilə görüşəcək.