Azərbaycan millisinin İsveç və Macarıstanla oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 6 gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu çağırıb.

Yığma toplanış zamanı noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

  1. Rza Cəfərov – Neftçi
  2. Yusif İmanov – Sabah
  3. Rüstəm Samiqullin – Sabah
  4. David Orucov – Neftçi
  5. Xəyyam Hüseynov – Turan Tovuz
  6. Şirxan Həsənzadə – Qarabağ
  7. Abdulla Rzayev – Şamaxı
  8. Mirəli Əhmədov – Şamaxı
  9. Hüseyn Babayev – Neftçi
  10. İbrahim Ramazanov – Qəbələ
  11. Rüfət Abbasov – Neftçi
  12. Süleyman Damadayev – Qəbələ
  13. Veysəl Rzayev – Turan Tovuz
  14. Camal Cəfərov – Sabah
  15. Elcan Əbilov – Neftçi
  16. Elçin Qasımov – Turan Tovuz
  17. Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
  18. Ramin Nəsirli – Neftçi
  19. Nihat Fərəcli – Tus Koblents (Almaniya)
  20. Emil Səfərov – Qəbələ
  21. Tuqay Əlizadə – Araz Naxçıvan
  22. Samir Abdullayev – Səbail
  23. Mustafa Yıldırım – Çorum (Türkiyə)
  24. Nəriman Axundzadə – Qarabağ
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button