“Azərbaycan millisində oynamaq istəmirəm” – Xocaniyazov

Bu yay “Sumqayıt”dan ayrılan Cəmaləddin Xocaniyazov Azərbaycan yığmasında oynamaqdan imtina edib.

Komanda.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına müsahibəsində məlumat verib:

“Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm”.

Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi Rusiya “Zenit”indəki sabiq komanda yoldaşı Ramil Şeydayevin Azərbaycan yığmasını seçməsinə də münasibət bildirib: “Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik, istəmirəm”.

Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustundan “Sumqayıt”da çıxış edirdi.