Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazandı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2021-in seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, F qrupunda yer alan yığmamız bu dəfə ilk dövrənin oyunlarına ev sahibliyi edən Gürcüstanla qarşılaşıb.

Tiflisdəki Voleybol Arenasında baş tutan görüş voleybolçularımız üçün uğurlu alınıb. Azərbaycan millisi rəqibi üzərində 3:0 hesablı qələbəyə sevinib.

Milli hər üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib. Komandamız hazırda 3 xalla 3-cü pillədə qərarlaşıb. Xalı olmayan Gürcüstan isə sonuncudur.

Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub – 2:3.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.