Dünyanın 113-cü komandası – Azərbaycan millisi

Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.

Komanda.az xəbər verir ki, reytinq cədvəlində dünyanın 164 komandası yer alıb.

Azərbaycan millisi 13 aylıq fasilədən sonra reytinq siyahısına qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığma komanda bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Azərbaycan millisi Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Hesabında 78,5 xal olan milli dünyanın 113-cü komandasıdır. Azərbaycan yığması Avropa ölkələri arasında 45-cidir.

Cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button