Azərbaycan millisi Belarusda Beynəlxalq İnkişaf Turnirinə qatılacaq

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.

Komanda.az xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan komandaları ilə mübarizə aparacaq.

Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.

Nr.Adı / SoyadıKlub
1Nurəziz ƏzizovNeftçi
2Bilal HacıyevQarabağ
3Kamil HəsənovNeftçi
4Uğur QurbanlıQarabağ
5Rəşad GülüşovSabah
6Atacan MəmmədovMarcet (İspaniya)
7Səttar TahirzadəMarcet (İspaniya)
8Muhamməd ÇodarovMarcet (İspaniya)
9İsmayıl SəfərliNeftçi
10Əli KiçibəyovTuran Tovuz
11Amin RzayevQarabağ
12Sahib XəlilliNeftçi
13Elgün DuraxanovSabah
14Eldar AbbasovQarabağ
15Raul İsaqovKəpəz
16Nihad HüseynzadəSabah
17Ruslan XasiyevŞinnik Yaroslavl (Rusiya)
18Musa MustafayevZirə
19İbrahim XəlilovSabah
20Samir ŞərifovSabah
21Pünhan KərimovMarcet (İspaniya)
22Emin SüleymanovNeftçi
23Əli BəşirovQarabağ
24Rüstəm HüseynliNeftçi
25Kamal ZülfiyevSumqayıt
26Nicat KərimovSabah

19 fevral

13:50. Azərbaycan – Rusiya 20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan

Fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button