“Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi” – Yurçeviç

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına açıqlama verib.

Komanda.az “24sata.hr” saytına istinadən xəbər verir ki, Yurçeviç, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qollu bərabərə qaldıqları oyun (1:1) haqda bunları deyib:

“Məndə elə təəssürat yarandı ki, buraxdığımız qol epizodunda penalti yox idi. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Onların AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaqlarına əminəm.

Oyunçularımız meydanda çox yaxşı idilər. Yalnız bu şəkildə Xorvatiyaya qol vura bilərdik.

Oyundan sonra yaxın dostum Slaven Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi. O, nəticəyə və komandamın sərgilədiyi oyuna görə şad olduğunu söylədi.

Azərbaycan milli komandasına 5-6 gənc oyunçu təqdim etmişəm. Bakıda hər şeydən məmnunam”.