Azərbaycan çempionu tay-brekdə məlum olacaq

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

Komanda.az xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə də heç-heçə oynayıb.

Sabah şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyunda rapiddə yarışacaq. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək. Vasif Durarbəyli və Məhəmməd Muradlı ilk oyunu ağ fiqurlarla oynayacaq.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button