Ayxan Abbasov: “Bizi sevindirən odur ki…”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun Premyer Liqanın 12-ci turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abbasov 2:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

  • Şəhərimizdə bayram idi, istəyirdik ki, komanda olaraq hədiyyə edək. Çətin idi, ancaq bunun öhdəsindən gəldik. Həqiqətən, şəhərə bu sevinci yaşada bildik. “Qarabağ” çempionatımızın lideri idi. Həftəboyu uşaqlarda istəyi görürdüm. İlk hissədən sonra onlara dedim ki, məğlub da olsaq, istəyinizi görürəm. Biz bu gün üçün deyil, gələcək üçün çalışırıq. İkinci hissədə öz oyunumuzu göstərdik, layiqli qələbə qazandıq.
  • Son oyunlarda geri düşürsüz, ancaq məğlub olmursuz. Bu, komandanın xarakteri ilə bağlıdır, yoxsa fiziki hazırlıqla?
  • Premyer Liqada bütün komandaların fiziki hazırlığı hardasa eynidi. Əsas psixoloji məqamdır. Bizi sevindirən odur ki, geri düşsək də, məğlub olmuruq, sona qədər mübarizə aparırıq.
  • “Qarabağ” sizə nədə uduzdu?
  • Fasilədən sonra bir əvəzetmə etdik. Səbuhi Allahverdizadəni meydana buraxdıq. İlk hissədə yarımmüdafiədə aqressiya çatışmırdı. Bir az da taktiki dəyişiklik etdik. Bu oyunu gözləyirdik. “Qarabağ” topa sahib olan komandadır. Topa sahib olan zaman itki baş verəndə boşluqlar olur. Futbolçular çalışdığımızı meydanda göstərdilər.
  • Peyman Babayi qol vursa da, sabit oynamır. Bu, nədən irəli gəlir?
  • Peyman gələndən çox fərqlidir. Onda perspektiv görmüşük. Əvvəl çatışmazlıqları çox idi. İndi taktiki cəhətdən düz oynayır. Qol imkanlarını dəyərləndirə bilməmək hər futbolçuda olur. İki hücumçumuz bombardirlər siyahısında yer alıb. Bu, sevindirici haldır.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button