Ayxan Əlizadənin komandası finalda

“Dostluq üçün futbol” sosial layihəsinin futbol oyunlarında finalçılar bəlli olub.

Komanda.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən turnirdə “Sabah”ı təmsil edən Ayxan Əlizadənin çıxış etdiyi komanda finala vəsiqə qazanıb.

Həlledici görüş sabah Madridin mərkəzi küçəsində salınmış meydançada baş tutacaq.

Azərbaycanı sosial layihədə təmsil edən digər futbolçularımızdan Babamirzə Mehdiyevin çıxış etdiyi komanda mübarizəni qrup mərhələsində dayandırıbsa, Fatimə Məhərrəmlinin oynadığı komanda yarımfinalda dayanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button