“Ayntraxt” fanatları azərbaycanlı uşaqları belə sevindirdi – VİDEO

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmuş UEFA Avropa Liqasının final oyunu öncəsi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri xeyirxah aksiya keçiriblər.

Komanda.az xəbər verir ki, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxtımıza göndəriblər.

“Ayntraxt” azarkeşlərinin istəyinə uyğun olaraq, 300 ədəd bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə olan uşaqlara hədiyyə olunub.

Bununla bağlı qısa videoçarxı diqqətinizə çatdırırıq:

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button